Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum ağır itkilərlə nəticələnib. Hadisə zamanı 12 nəfər həyatını itirib, 309 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, həlak olanlar arasında Səudiyyə Ərəbistanının dörd, Banqladeşin iki vətəndaşı var. ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşlarından da hər biri bir nəfər olmaqla həyatını itirib.
🚨 BREAKING: Severe security escalation reported at King Khalid International Airport in Riyadh.🇸🇦🇺🇸⚠️ • Reports indicate multiple casualties and extensive damage to civilian infrastructure. • Regional tensions reach a critical inflection point as international travel and foreign nationals are directly impacted. • Diplomatic channels scramble for immediate de-escalation strategies. Developing story. Follow for continuous updates.
— 𝐀𝐌𝐄𝐑𝐈𝐂𝐀𝐍 𝐏𝐎𝐖𝐄𝐑 (@AmericanpowerUs) October 11, 2026
Yaralanan şəxslərdən bəzilərinin vəziyyətinin kritik olduğu qeyd edilib.
Hücumdan sonra hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR
ABŞ Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində Moskvanı məhdud atəşkəsə razı salmaq üçün bir sıra iqtisadi güzəştləri nəzərdən keçirir...