SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - bəyanatda bildirilib.
Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizlik və qaydalarını pozan hər bir tankerin aqibəti belə olacaq.
Oxşar xəbərlər
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. BAKU.WS "Re...