Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq

Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq
Dünya 139

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb.

O qeyd edib ki, son dövrlərdə Türkiyədə siqaretdən istifadə səviyyəsində artım müşahidə olunur.

Kemal Memişoğlunun sözlərinə görə, siqaretlə mübarizə çərçivəsində yeni qaydalar hazırlanıb, tütün məhsullarının satışında yaş təsdiqi sisteminə keçiləcək və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi məcburi olacaq.

O həmçinin vurğulayıb ki, qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər