Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər
09
okt
2026
16:57
Bakıda oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı, bəzi ərazilərdə isə leysan və güclü yağışların müşahidə olunacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, yağıntılarla əlaqədar paytaxtda hazırlıq işləri görülür. Bir sıra yeraltı keçidlərin girişinə qum kisələri düzülərək sədd yaradılıb. Məqsəd yağış sularının keçidlərə dolmasının qarşısını almaqdır.
Xatırladaq ki, güclü yağış zamanı paytaxtın bəzi ərazilərində su yığılması və nəqliyyatın hərəkətində çətinliklər yaranır.
Oxşar xəbərlər
Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi ba...