Nobel Sülh mükafatçısından Trampa zarafatla cavab: "Mükafatı onunla bölüşə bilərəm"

Nobel Sülh mükafatçısından Trampa zarafatla cavab: Mükafatı onunla bölüşə bilərəm
Dünya 15

2026-cı il Nobel Sülh mükafatına layiq görülən Navi Pillay ABŞ Prezidenti Donald Trampın bu mükafata layiq olduğu barədə açıqlamalarına zarafatla münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Cənubi Afrikalı hüquqşünas mükafatı Tramp ilə bölüşə biləcəyini deyərək, "Bir az da çox alqışlasanız, bu mükafatı Trampla bölüşə bilərəm", – deyə zarafat edib.

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamar Pillayın mükafatı qazandığını öyrəndiyi anın videosunu sosial şəbəkədə paylaşıb. Pillay xəbəri insan hüquqlarını müdafiə edən həmkarları ilə birlikdə olarkən alıb.

Hüquqşünas Qəzzada baş verənləri "soyqırımı" kimi qiymətləndirən hesabat üzərində çalışdığını xatırladıb. O, bu fəaliyyətinə görə cəsarətinin təqdir edilməsinin onu təəccübləndirdiyini bildirib:

"Gerçəyi söyləmək üçün niyə cəsarətə ehtiyac olsun ki?"

Qeyd edək ki, Navi Pillay beynəlxalq hüququn gücləndirilməsi və sülhün təşviqi istiqamətində fəaliyyətinə görə 2026-cı il Nobel Sülh mükafatına layiq görülüb. Donald Tramp isə daha əvvəl dəfələrlə bu mükafata layiq olduğunu iddia edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər