Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY

Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY
Siyasət 51

MDB Dövlət Başçıları Şurasının oktyabrın 9-da Türkmənistanda iclası postsovet məkanında əməkdaşlığın yeni mərhələsinin müzakirəsi baxımından mühüm siyasi platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin bu sammitdə iştirakı ölkənin MDB çərçivəsində əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, Azərbaycanın MDB-də 2027-ci ildə həmsədr, 2028-ci ildə isə sədr olması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində artan rolunun, fəal və praqmatik xarici siyasətinin növbəti göstəricisidir:

Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY

"MDB artıq yalnız tarixi bağlılıqları olan ölkələrin əməkdaşlıq formatı kimi qiymətləndirilə bilməz. Bu platforma iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması, humanitar münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq üçün mühüm imkanlar yaradır. Xüsusilə "Nəqliyyat bağlılığı ili" təşəbbüsü bu baxımdan diqqətəlayiqdir. Çünki müasir dövrdə nəqliyyat dəhlizləri yalnız iqtisadi layihə deyil, həm də ölkələrin regional əməkdaşlığını və geosiyasi əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir".

Deputat qeyd edib ki, Azərbaycanın son illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafında həyata keçirdiyi layihələr ölkəmizin bu prosesdə mühüm mövqeyə malik olduğunu göstərir:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və Azərbaycanın təşəbbüskarı olduğu regional bağlantı layihələri ölkəmizi Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevirir".

Fatma Yıldırım sözlərinə görə, 2027-ci ildə MDB-də həmsədrliyi və 2028-ci ildə sədrliyi qarşıdakı dövrdə Azərbaycana mühüm imkanlar yaradır:

"Hesab edirəm ki, Azərbaycan bu məsuliyyətdən istifadə edərək MDB məkanında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının, humanitar münasibətlərin və yeni regional təşəbbüslərin daha da inkişafına öz töhfəsini verəcək.

Bu, eyni zamanda, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi çoxvektorlu, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətinin növbəti nəticəsidir. Azərbaycanın həm regional, həm də beynəlxalq platformalarda fəal rolunun güclənməsi ölkəmizin artan siyasi və iqtisadi imkanlarının göstəricisidir".

Son xəbərlər