Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi
10
okt
2026
23:03
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda hər iki pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Oxşar xəbərlər
Zooparkda pələng kişini diri-diri yedi
Böyük Britaniyanın şimalında yerləşən zooparkda şənbə günü bir kişi pələngin hücumuna məruz qalaraq ölümcül xəsarətlər alıb. Bu barədə şənbə günü polis məlumat...