Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.
Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunun enerji sektoruna hücumlarının intensivliyi daha da artacaq. Buna görə də azı üç gün ərzində su ehtiyatı toplamaq, portativ batareyaları doldurmaq, fənər, batareya və şam ehtiyatı toplamaq, saxlama müddəti uzun olan qidalar hazırlamaq və pəncərə və otaqları izolyasiya etmək göstərişi verilib.
Oxşar xəbərlər
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp bu gün ukraynalı həmkarı Volodimir Zelenskini kəskin tənqid edərək, Ukraynanın "yeni prezidentinin olması" vaxtının çatdığını bildir...