Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik

Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Siyasət 6

Ficidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasına (COP31) hazırlıq məqsədilə keçirilən yüksək səviyyəli toplantı (PreCOP31) çərçivəsində baş tutan müzakirələrdə Azərbaycan tərəfi Türkiyənin liderliyini və əsas diqqəti COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini qətiyyətlə dəstəkləyib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"Ficidəki PreCOP31-də plenar müzakirədə çıxış edərək Antalyaya doğru irəliləyərkən əsas prioritetlər barədə Azərbaycanın mövqeyini təqdim etdim. Biz Türkiyənin liderliyini və COP31-i icraya yönəlmiş bir COP-a çevirməyə yönəltməsini qətiyyətlə dəstəkləyirik", - o bildirib.

M. Babayevin sözlərinə görə, güclü fəaliyyət gündəliyi iqlim öhdəliklərini maliyyə, investisiya, texnologiya və tərəfdaşlıqlarla əlaqələndirməyə kömək edərək, yerlərdə icranı sürətləndirəcək:

"Bakı, Belem və Antalyanı əlaqələndirərkən diqqətimiz qərarları fəaliyyətə çevirmək, insanlar və icmalar üçün real nəticələr təmin etmək üzərində qalmalıdır".

Son xəbərlər