Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb

Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb
Dünya 21

Əfqanıstan, Özbəkistan və Hindistandan olan sahibkarlar ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məqsədilə ümumi dəyəri təxminən 400 milyon dollar olan sazişlərə imza atıblar.

BAKU.WS xəbər verir ki, Əfqanıstan Ticarət və İnvestisiya Palatasının açıqlamasına görə, razılaşmalar iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, ölkəyə əlavə investisiyaların cəlb olunmasına və yerli, eləcə də xarici şirkətlər üçün yeni imkanların yaradılmasına xidmət edəcək.

Sazişlər Kabildə təşkil olunan ticarət sərgisi çərçivəsində imzalanıb. Tədbirdə Özbəkistan və Hindistan da daxil olmaqla, 323 yerli və xarici şirkət iştirak edib. Şirkətlər məhsullarını təxminən 700 stenddə nümayiş etdiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər