Dünya bazarında neftin qiyməti 105 dollar ətrafında sabitləşib

Dünya bazarında neftin qiyməti 105 dollar ətrafında sabitləşib
İqtisadiyyat 21

Dünya bazarında neftin qiymətləri ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan etməsindən sonra sabitləşib. Brent markalı neftin bir barelinin qiyməti 105,4 dollar ətrafında qərarlaşıb.

BAKU.WS xəbər verir ki, oktyabrın 12-də Moskva vaxtı ilə saat 12:25 radələrində Brent neftinin qiyməti əvvəlki ticarət sessiyasının bağlanış göstəricisi ilə müqayisədə 0,65 faiz artıb.

Hazırda bazar iştirakçıları elan edilən atəşkəsin enerji bazarına real təsirlərini qiymətləndirirlər. Donald Tramp tərəflərin bir-birinin enerji infrastrukturuna zərbələr endirməmək barədə müvəqqəti razılığa gəldiyini bildirib. Lakin bu şərtin praktikada yerinə yetirilib-yetirilməyəcəyi hələ məlum deyil.

Analitiklər qlobal enerji bazarında qeyri-müəyyənliyin davam etdiyini bildirirlər. Ekspertlərin fikrincə, atəşkəs reallaşsa belə, dünya bazarında neftə tələb və təklif arasındakı disbalansı aradan qaldırmaya bilər.

Enerji daşıyıcılarının Hörmüz boğazından ixracına maneələr, eləcə də İranın və Yəməndəki husilərin Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları bazar üçün əsas risklər olaraq qalır. Bu fonda "Goldman Sachs" investisiya bankı ilin sonuna Brent neftinin orta qiyməti ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə yüksəldib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər