Azərbaycanın 9 aylıq büdcə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xəzinədarlıq orqanları 984 mindən çox ödəniş tapşırığı icra edib.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,45 % azdır.
Məlumata görə, 9 ayda icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat (1 il əvvələ nisbətən 2,4 % çox), xərcləri 30 milyard 89,9 milyon manat (+3,7 %) təşkil edib.
Dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat (illik müqayisədə 0,6 % çox), xərcləri 25 milyard 348,2 milyon manat (1 il əvvələ nisbətən 2,8 % çox) təşkil edib.
Son nəticədə icmal büdcədə 6 milyard 640,9 milyon manat (-2,9 %), dövlət büdcəsində isə 3 milyard 963,9 milyon manat (-11,4 %) profisit olub.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 133 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,04 ABŞ dolları və ya 6,42 % artaraq 133,23 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...