Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb
12
okt
2026
16:23
Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Oxşar xəbərlər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəs...