Şərif Şərifov olimpiya mükafatçısına qalib gəldi - VİDEO
21
sen
2019
13:27
BAKU.WS xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadzeyə 6:0 hesabı ilə qalib gəlib.***Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.BAKU.WS xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub.Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.Buna qədər isə Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.Onun 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olacaq.Qeyd edək ki, Azərbaycanın 61 kq çəki dərəcəsində sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov da 1/8 final mərhələsində rəqibi kubalı Yovlis Bonne Rodrigesə qalib gəlib. Görüş Qvarzatilovun 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
EYOF: Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.60 kq çəki dərəcəsində mübarizə...