Azərbaycandan imtina edən atlet Bakıda 2 qızıl medal qazandı

Azərbaycandan imtina edən atlet Bakıda 2 qızıl medal qazandı
İdman 27738

 

Mayın 16-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarına start verilib.

BAKU.WS-in məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev 100 metr məsafəyə qaçışda rəqiblərini qabaqlayaraq finiş xəttini birinci keçib. Azərbaycan əsilli idmançı qızıl medal qazanıb. Atlet iştirak etdiyi 200 metr məsafəyə qaçışda da yarışda finiş xəttinə birinci çatıb. O, 100 m məsafəni 10,30, 200 m məsafəni isə 20,98 saniyəyə qət edib və qızıl medalların sahibi olub. 

Azərbaycanı təmsil edən atletlərdən Kamran Əsgərov 6-cı (11,04 san.), Ramiz Məlikov isə 7-ci (11,26 san.) yeri tutub.  

Qeyd edək ki, atlet Ramil Quliyev 2011-ci ildə Azərbaycanda yaşadığı problemlər səbəbi ilə Vətənindən incik ayrılmışdı. 2012-ci il London Olimpiadasında Türkiyə adına yarışmaq üçün icazə ala bilməyən Ramil Azərbaycan Atletika Federasiyası ilə atasına görə probleminin olduğunu qeyd etmişdi: "Onlar mənə heç dəstək olmadılar. Atamı itirmək mənim üçün son nöqtə oldu. Anladım ki orada heç bir şey dəyişməyəcək. Buna görə də Türkiyəyə gəldim", - deyə atlet vurğulayıb. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər