Olimpiya Oyunlarının hicablı ulduzu (VİDEO)
Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında maraqlı fakt qeydə alınıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qadınlar arasında 100 metr məsafəyə sprint qaçışında mübarizə aparanlar arasında Səudiyyə Ərəbistanından olan 22 yaşlı atlet Kəriman Əbülcadayel də olub. O, yarışa hicabla qatılıb. Kariman Olimpiya Oyunları tarixində sprintdə mübarizə aparmış ilk hicablı qadındır.
K.Əbülcadayel yarışı 7-ci yerdə başa vursa da, Olimpiadanın ulduzuna çevrilib.
Əfqanıstan yığmasının üzvü Kamia Yusifi də qadınlar arasında sprintə hicabda qatılıb. O, yarışı sonuncu yerdə başa vurub.
Səudiyyə Ərəbistanından olan qadın yüngül atlet Sara Əttar yarışlara həmişə hicabda qatılır. O, 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçışda mübarizə aparmışdı.
Aysel Şirinzadə
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançıları - SİYAHI
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 22-si çıxışlarını tam başa vurub. BAKU.WS "Report"a istinadən bildirir...