"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu finala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.
"Report" xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.
Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə üz-üzə gələcək.
Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.
Qeyd esək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.
Oxşar xəbərlər
"Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə nəticələnən hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono barəsində cinayət məsuliyy...