"Bavariya"nın məşqində əlbəyaxa dava düşüb

29
yan
2020
23:39
"Bavariya"nın bugünkü məşqi xoşagəlməz hadisə ilə yadda qalıb.
BAKU.WS Apasport-a istinadən xəbər verir ki, futbolçular arasında əlbəyaxa dava düşüb.
Bir epizodda yarımmüdafiəçi Leon Qoretskanın topsuz olan müdafiəçi Jerom Boatenqə qarşı sərt oynaması ikincini özündən çıxarıb. Nəticədə komanda yoldaşının üzərinə şığıyan Boatenq onun sifətinə yumruqla vurub. Qoretskanın buna qarşılıq verməsinə araya girən digər futbolçular mane olublar.
Hadisədən sonra komandanın veteranları Tomas Müller və Robert Levandovski hər iki oyunçuya sərt şəkildə xəbərdarlıq edib.

Oxşar xəbərlər
Sevgilisini əlindən alan futbolçuya dəhşət yaşatdı - VİDEO
Argentinada yerli futbolçulardan biri sevgilisi tərəfindən aldadılıb. Matç zamanı rəqib futbolçulardan birinin sevgilisi ilə münasibət quran şəxs olduğunu başa...