Azərbaycan gimnastları Dünya kubokunun qalibi olub
27
avq
2018
10:41
Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) "Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.Azərbaycan Gimnastika Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.BAKU.WS
Oxşar xəbərlər
DÇ-2018: İspaniya və Portuqaliya 1/8 final mərhələsində
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.Bu gün "B” qrupunun yekun oyunları keçirilib: İspaniya - Mərakeş və İran - Portuqaliya.İspaniya - Mərakeş oyunu...