Azad Rəhimov: "İdmançıların maaşı gecikməylə verilsə də..." (FOTO)

Azad Rəhimov: İdmançıların maaşı gecikməylə verilsə də... (FOTO)
İdman 1643
Gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. BAKU.WS-in məlumatına görə, nazir media nümayəndələrinə 2017-ci ildə gənclər və idman sahələrində görülmüş işlər haqında məlumat verib. Mətbuat konfransının sonunda Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb. Nazir BAKU.WS-in müxbirinin verdiyi sualı da cavablandırıb. O, bu il federasiyalarda maliyyə probleminin yaşanmasından danışıb. Belə ki, Güləş Federasiyasının güləşçiləri maaşlar gec verilməsindən şikayət etməsini də xatırlayıb. “Federasiyaların, klubların və idmançıların sponsorları olur. Onların maaşları oradan maliyyələşir. Biz isə əlimizdən gələni edirik. Düzdür maaşlar bir az geciksə də amma bütün idmançıların maaşları verirlir”. Daha sonra nazir bildirib ki, Azərbaycan idmançıları 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 347 qızıl, 236 gümüş və 268 bürünc olmaqla, ümumilkdə, 851 medal qazanıblar.İdman Naziri 2018-ci ildə keçiriləcək mötəbər idman tədbirləri barədə məlumat verib. 1. İntellektual oyunlar üzrə VII “Xəzər kubolu” turniri 2. Prezident Kuboku uğrunda “Breyn Ring” İntellektual TV layihəsi 3. Tennis üzrə Avropa turniri 12-25 Fevral 20184. Bədii gimnastika üzrə Dünya Kuboku 15-18 Mart 2018,5. Türkiyə Universitetlər İttifaqının I idman oyunları - 5-10 Aprel 6. Batut, tamblinq və İkili mini batut üzrə gimnastikası üzrə Avropa çempionatı 12-15 Aprel7. Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransı 17-19 Aprel 8. Formula 1 Azerbaıjan Grand Prıx 27-29 Aprel9. “Shamkir Chess-2018” beynəlxalq super turnir Aprel-May10. Kapoeyra üzrə Dünya çempionatı 11-12 May 11 Velosiped idmanının BMX növü üzrə dünya çempionatının 5-9 iyun 12. Cüdo üzrə Dünya çempionatı 16-22 Sentyabr 201813. Xüsusi Olimpiya Genclerin Qlobal Liderlik Forumu 24-28 Sentyabr 201814. Dünya Anti-Doping Agentliyinin İcriayyə komitəsi və Fondun İdarə Heyətinin iclası 14-15 Noyabr 2018TuncayBAKU.WS

Son xəbərlər