Azərbaycan Gimnastika Federasiyasının baş katibi istefa verdi
07
dek
2017
23:16
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə əlaqədar AGF-dəki vəzifəsindən istefa verib.BAKU.WS xəbər verir ki, F.Qayıbov AGF ilə UEG arasında maraqların toqquşmaması baxımından baş katib vəzifəsindən azad olunması ilə bağlı AGF-in İcraiyyə Komitəsinə müraciət edib.AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq. İclasa qədər bu vəzifəni F.Qayıbov icra edəcək.Xatırladaq ki, dekabrın 2-də UEG-in Xorvatiyanın Split şəhərində keçirilən 27-ci hesabat-seçki konqresində AGF-nin baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib.2013-cü ildə UEG-in vitse-prezidenti seçilən F.Qayıbov son dörd il ərzində həmin vəzifədə çalışıb. Növbəti dörd il ərzində isə o, fəaliyyətinə gimnastikanın səkkiz növü daxil olan UEG-ə rəhbərlik edəcək. F.Qayıbov UEG-in prezidenti seçilməklə həm də Beynəlxalq Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü olub.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Avropada yeni seçilən azərbaycanlı prezidenti təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prez...