Azərbaycan Premyer Liqası: Mövsümün ilk hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk turunun hakim təyinatları açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, avqustun 5-də "Kəpəz" və "Zirə" komandaları arasında oynanılacaq açılış matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
5 avqust (cümə)
19:30. “Kəpəz” – “Zirə”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid CəlilovHakim-inspektor: Ramil DiniyevVAR hakimi: Vüqar HəsənliVAR hakiminin köməkçisi: Rəhman İmami“Dalğa Arena”.
6 avqust (şənbə)
20:00. “Qarabağ” – “Səbail”Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllıHakim-inspektor: Babək Quliyev“Azersun Arena”.
7 avqust (bazar)
17:00. “Şamaxı” – “Neftçi”Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf AllahverdiyevHakim-inspektor: İmanxan SultaniŞamaxı şəhər stadionu.
19:15. “Sabah” – “Sumqayıt”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid HacıyevHakim-inspektor: Anar Salmanov“Bank Respublika Arena”.
8 avqust (bazar ertəsi)
17:00. “Turan Tovuz” – “Qəbələ”Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar HəsənliHakim-inspektor: Asim XudiyevTovuz şəhər stadionu.
Qeyd edək ki, oyunların AFFA nümayəndələri və VAR hakimləri ilə bağlı əlavə məlumat daha sonra veriləcək.
Oxşar xəbərlər
Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?
Azərbaycanın Premyer Liqa klubları artıq yay transfer çalışmalarına başlayıb. BAKU.WS Sports.az-a istinadən Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni t...