Azərbaycan Premyer Liqasında çempionluq oyununu idarə edəcək hakimlər açıqlandı
Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, sabah baş tutacaq son turun görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.
Təkcə turun deyil, mövsümün mərkəzi oyunu xarakteri daşıyan “Neftçi” – “Qarabağ” matçı Elçin Məsiyevə həvalə edilib. O, çempionluğun müəyyənləşəcəyi görüşdə fit çalacaq.
Bu oyun yeniliklə əlamətdar olacaq. İlk dəfə qarşılaşmaya ehtiyat laysman təyinat alıb.
Azərbaycan Premyer LiqasıXXVIII tur19 may (çərşənbə)
“Səbail” – “Sumqayıt”Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllıHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Rüfət Əmirov“ASCO Arena”, 18:00
“Sabah” –“ Zirə”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf CabarovHakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Asif Əliyev“Bank Respublika Arena”, 18:00
“Keşlə” – “Qəbələ”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid HacıyevHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Seymur Səlimli“ASK Arena”, 18:00
“Neftçi” – “Qarabağ”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)Hakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Erkin Hüseynov“Dalğa Arena”, 20:30
Oxşar xəbərlər
"Neftçi"nin oyunu Əliyar Ağayevə tapşırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Bakıdakı qarşılaşm...