"Neftçi"nin oyunu Əliyar Ağayevə tapşırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Bakıdakı qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.
"Keşlə" - "Neftçi" görüşünü Əliyar Ağayev, "Səbail" - "Qarabağ" matçını isə çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Azərbaycan Premyer Liqası, XXV tur
3 may (bazar ertəsi)
18:00. “Keşlə” – “Neftçi”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf CabarovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Mübariz Hüseynov“ASK Arena”
20:15. “Səbail” –“Qəbələ”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf AllahverdiyevHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Ramiz Mustafayev“ASCO Arena”
Qeyd edək ki, turun daha 2 oyunu mayın 4-də keçiriləcək. "Qarabağ" "Zirə"ni, "Sumqayıt" isə "Sabah"ı qəbul edəcək.
Oxşar xəbərlər
Azərbaycan derbisini idarə edəcək hakim müəyyənləşib
Azərbaycan Premyer Liqasında III turun son təyinatları açıqlanıb. BAKU.WS-in məlumatına görə, sabah baş tutacaq iki oyunun hakimləri bəlli olub. “Qarabağ”la “Ne...