Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazand - FOTO
28
iyn
2019
20:35
İyunun 28-də “Minsk 2019”un güləş yarışlarının dördüncü günündə Azərbaycanın qadın pəhləvanı Mariya Stadnik (50 kq) final görüşündə Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşıb.BAKU.WS xəbər verir ki, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik bu görüşdə qələbə qazanaraq Azərbaycanın hesabına üçüncü qızıl medalı yazdırıb. O rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.Bu gün daha bir qadın güləşçimiz Elmira Qəmbərova (62 kq) da final görüşünə çıxacaq.Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Hesabında 3 qızıl, 5 gümüş və 11 bürünc medal olan Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.
Qalereya
Oxşar xəbərlər
Hacı Əliyev “Minsk 2019”da Azərbaycana ikinci qızıl medal qazandırıb - FOTO
İyunun 27-də Azərbaycan güləşçisi Hacı Əliyev “Minsk 2019”da ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.BAKU.WS yarışda 65 kiloqram çəki dərəcəsində çıxış...