Hacı Əliyev “Minsk 2019”da Azərbaycana ikinci qızıl medal qazandırıb - FOTO
27
iyn
2019
20:37
İyunun 27-də Azərbaycan güləşçisi Hacı Əliyev “Minsk 2019”da ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.BAKU.WS yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamlı başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Oyunda təşəbbüsü əldən verməyən pəhləvanımız güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.Üçqat dünya və üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan Hacı Əliyev “Minsk 2019”da mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. Yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı da məğlubiyyətə uğradan güləşçimiz adını finala yazdırıb.Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 4 gümüş və 9 bürünc medal var.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalı qazandırıb
İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.BAKU.WS-in məlumatına görə, 57 kiloqram çəki...