Arda təkbaşına məşq etdi

30
noy
2023
18:15
"Real Madrid"də müalicəsi davam edən Arda Güler uzun fasilədən sonra meydana tək çıxıb və məşq edib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Ardanın meydanlara dönüş tarixi müəyyənləşməyib.
Klub həkimləri futbolçunu tam sağalana qədər meydana buraxmayacaqlar.
Kral Kubokunun ilk oyunları yanvarda oynanılmağa başlayacaq. Ardanın bu matçlarda ilk şansını qazanacağı gözlənilir.
Zədəli futbolçulardan Kepa komanda ilə məşqlərə qayıdıb.
Futbolçunun şənbə günü keçiriləcək "Qranada" matçına hazır olacağı gözlənilir.
Oxşar xəbərlər
"Real" tarixində bir ilk! - Arda Güler baş həkimin qovulmasına səbəb oldu
İspaniya nəhəngi "Real Madrid"də başda Arda Güler olmaqla bir çox futbolçunun zədələrinin təkrarlanmasından sonra klubun baş həkimi Niko Mihiç işdən çıxarılıb...
