AFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏB
11
apr
2026
14:23
AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında II mərhələnin IV və V tur qarşılaşmaları təxirə salınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidmətindən bildirilib.
Matçların ertələnməsinə əsas səbəb kimi Azərbaycanın U-20 milli komandasının aprelin 13-dən 26-dək Qəbələ şəhərində reallaşdıracağı təlim-məşq toplanışı göstərilib.
Beləliklə, ilkin olaraq aprelin 18-19 və 25-26-da oynanılması planlaşdırılan idman görüşləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
Oxşar xəbərlər
Azərbaycanın U-20 millisi Moldovaya uduzub
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, R...