ABŞ-də olimpiya çempionu saxlanldı
2010-cu ildə keçirilən Vankuver-2010 Qış Olimpiya Oyunları yarışlarının çempionu, amerikalı dağ xizəkçisi Bode Miller psixotrop maddə saxlamaqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, iyunun əvvəlində hüquq-mühafizə orqanlarının əməkdaşları Millerin avtomobilində 4,1 qram psilosibin tərkibli göbələk aşkar ediblər.
İdmançı saxlanıldıqdan sonra 5 min dollar girov qarşılığında sərbəst buraxılıb.
Bode Miller polisə verdiyi ifadədə göbələklərin avtomobilinə necə düşdüyünü bilmədiyini bildirib. Daha sonra o, özünü təqsirli hesab etmədiyini vurğulayaraq, iş üzrə bütün hallar araşdırıldıqdan sonra ittihamların geri götürüləcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, Miller Olimpiya Oyunları tarixində ən uğurlu dağ xizəkçilərindən biri hesab olunur. O, karyerası ərzində Olimpiadalarda ümumilikdə altı medal qazanıb. Bunlardan biri qızıl, üçü gümüş, ikisi isə bürünc medal olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Rövlan Muradov "Zirə"dən getdi
"Zirə"nin futbolçusu Rövlan Muradov klubdan ayrılıb. BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu ilə müqavil...