SİZİN REKLAM BURADA!
055 213 76 73


  
UEFA Maliyyə Fair Play qaydalarını pozan klublara xəbərdarlıq edilib.
 
BAKU.WS-in məlumatına görə, Ali futbol qurumu Ukrayna, Azərbaycan və Rumıniya liqalarında çıxış edən 4 kluba xəbərdarlıq göndərib.

UEFA da bildirilib ki, Ukraynanın "Dnepr", Azərbaycanın "Inter Bakı", Rumıniyanın "Astra" və "Targu Mureş" klublarının vaxtı keçmiş borclarını 31 yanvar 2016-cı il tarixinə qədər ödəməlidir. Əks təqdirdə adı sadalanan klublar Avropa kuboklarından 3 il müddətinə xaric ediləcək. 

"Dnepr"in 1 milyon 742 min avro, "Targu Mureş"in 1 milyon 122 min avro, "Inter Bakı"nın 633 min avro və "Astra"nın isə 406 min avro məbləğində vaxtı keçmiş borcu var. UEFA-nın digər qərarına görə, "Dnepr" 100 min avro, "Astra" 80 min avro, "Targu Mureş" və "Inter Bakı" 50 min avro məbləğində cərimə edilib. 
 
Şahin Həbibov
BAKU.WS