UEFA-dan Azərbaycan klubuna sərt xəbərdarlıq

UEFA-dan Azərbaycan klubuna sərt xəbərdarlıq
İdman 1113

  

UEFA Maliyyə Fair Play qaydalarını pozan klublara xəbərdarlıq edilib.

BAKU.WS-in məlumatına görə, Ali futbol qurumu Ukrayna, Azərbaycan və Rumıniya liqalarında çıxış edən 4 kluba xəbərdarlıq göndərib.

UEFA da bildirilib ki, Ukraynanın "Dnepr", Azərbaycanın "Inter Bakı", Rumıniyanın "Astra" və "Targu Mureş" klublarının vaxtı keçmiş borclarını 31 yanvar 2016-cı il tarixinə qədər ödəməlidir. Əks təqdirdə adı sadalanan klublar Avropa kuboklarından 3 il müddətinə xaric ediləcək. 

"Dnepr"in 1 milyon 742 min avro, "Targu Mureş"in 1 milyon 122 min avro, "Inter Bakı"nın 633 min avro və "Astra"nın isə 406 min avro məbləğində vaxtı keçmiş borcu var. UEFA-nın digər qərarına görə, "Dnepr" 100 min avro, "Astra" 80 min avro, "Targu Mureş" və "Inter Bakı" 50 min avro məbləğində cərimə edilib. 

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

UEFA-dan  Azərbaycan klublarına 2,5 milyon avro

UEFA-dan Azərbaycan klublarına 2,5 milyon avro

UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb. BAKU.WS-in AFFA-ya istinadla verdiyi məlumata görə, 2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa...

1095 İdman 14:50 30 oktyabr 2015

Son xəbərlər