Türkiyə yığması İslandiya matçında qələbə qazanıb.
 
BAKU.WS-in məlumatına görə, qardaş ölkə millisi Konyada baş tutan matça mütləq qələbə istəyi ilə çıxmışdı. Türkiyənin Fransa 2016-ya qatıla bilməsi üçün möcüzə lazım idi. Qazaxıstan Latviyanı səvərdə məğlub etməli, İspaniya Ukraynanı məğlub etməli və ən nəhayət Türkiyə qələbə qazanmalı idi. 
 
Matçdan öncə bütün Türkiyə bu matçdan sonra yığmanın ən yaxşı halda "pley-off"a qalacağını ümid edirdi. Ancaq bəxtinin də gətirməsi Türkiyəni Avropa çempionatına birbaşa vəsiqə qazandırdı. İslandiya ilə matça yaxşı başlayan türklər qol vurmaq üçün şanslar əldə etsə də, ilk hissədə bunu bacara bilmədi. İkinci hissəyə daha arzulu başlayan Türkiyə yığması Hollandiyanın öz evində Çexiyadan 3 cavabsız top buraxdığını öyrəndikdən sonra daha çox hücuma yönəldi. Qazaxıstanın Latviyaya qol vurması isə türklərin iştahını bir az da artırdı.
 
Son ana qədər mübarizə aparan Türkiyə yığması matçın 77-ci dəqiqəsində 10 nəfər qaldı. Oyuna 14 dəqiqə əvvəl daxil olan Gökhan Töre rəqibinə qarşı kobud oynadığı üçün hakim onu qırmızı kartla cəzalandırdı. Ancaq həvəsdən düşməyən Türkiyə yığması 89-cu dəqiqədə istəyinə nail ola bildi. Cərimə meydançası yaxınlığında kobud oyuna görə oyun dayandı. Hakimin təyin etdiyi cərimə zərbəsini Səlcuq İnan yaxşı istifadə etdi. Rəqib qapıçı Səlcuqun qapıya göndərdiyini topun tora daxil olmasına mane ola bilmədi. Hesabda önə keçən Türkiyə millisi böyük sevinc yaşadı. Matç elə bu hesabla da bitdi.
 
Oyundan sonra Qazaxıstanın qələbə xəbərini gözləyən futbolçular Latviya-Qazaxıstan matçının 1:0 hesabı ilə yekunlaşdığını bildikdən sonra sevinməyə başladı. Kapitan Arda Turan sevincindən göz yaşlarına boğulub. Türkiyə millisinin bu qələbəsi son günlər qanlı hadisələrin baş verdiyi qardaş ölkədə insanların ürəyinə az da olsa su səpdi. 
 
Uğurlar Türkiyə!
 
ŞAHİN Həbibov
BAKU.WS