Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, mövsüm keçidi ilə əlaqədar su təchizatı sistemində bərpa və yenilənmə işləri aparılır.
Qurumun məlumatına görə, həyata keçirilən işlərlə əlaqədar bəzi ərazilərdə su təchizatı rejimində müvəqqəti olaraq iki saatlıq məhdudiyyətlər tətbiq edilir.
Bildirilib ki, aparılan işlərin yaxın bir neçə gün ərzində başa çatdırılması və su təchizatı rejiminin tam bərpa olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 9-da Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...