DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
2026-cı il futbol üzrə dünya çempionatının qalibinə kuboku FİFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə FİFA rəhbəri "Fox News" telekanalının efirində bildirib.
"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib.
Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-nin Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Keçid balları artacaq? - DİM sədrindən AÇIQLAMA
"Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Çünki müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur. Hətta...