Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 15-dən etibarən Bakıda payız-qış istilik mövsümü rəsmi olaraq başlasa da, bəzi ərazilərdə problemlər var.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciətlər daxil olub.
Bakı şəhəri, 4-cü mikrorayon, Cavadxan küçəsi, 68 ünvanında yaşayan sakinlərin bildirdiyinə görə, sözügedən binada istiliyin verilməsi hələ də təmin edilməyib. Onlar bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
Problemlə bağlı "Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elvin Basqallı qeyd edib ki, sözügedən ünvanda magistral xətdə axıntı var:
"Axıntı yeri müəyyən edilir, qısa müddət ərzində problem aradan qaldırılacaq".
Növbəti şikayət isə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 ünvanındakı yaşayış binası ilə bağlıdır. Binaya beş gündür istilik verilmir.
Elvin Basqallı bu problemlə bağlı deyib ki, istiliyin olmamasının səbəbi binada ventillərin oğurlanmasıdır. İstiliyin bazar ertəsindən etibarən bərpa ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm"
"Mən parlamentdə Elm və Təhsil Nazirliyi haqqında danışmışdım. Təhsil nazirinə təkliflər vermişdim ki, İmişli rayon 1 saylı tam orta məktəbinə modul otaqlar gön...