Aeroport yolundakı motosiklet sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA
Aeroport yolunda hərəkət edən motosiklet sürücüsü ilə bağlı hazırda araşdırma aparılır.
Bu barədə Bakı Şəhər DYP İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
"Mövcud qanunvericiliyin tələblərinə əsasən motosikletin arxa oturacağında 12 yaşınadək uşaqların daşınması qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır.
Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən tənbeh tədbirlərinə baxmayaraq bu gün bəzi motosiklet sürücüləri sərnişindaşıma qaydalarına biganə yanaşırlar ki, nəticədə xoşagəlməz hallar baş verir.
Odur ki, sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər",-deyə məlumatda qeyd olunub.
***11:58
Aeroport yolunda hərəkət edən motosiklet sürücüsü təhlükəli vəziyyət yaradıb.
BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda motosiklet sürücüsünün azyaşlı uşağı arxasında əyləşdirərək hərəkət etdiyi görünür.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Sabah yağış yağacaq - HAVA PROQNOZU
Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. B...