Telefonunu avtomobilə çırpıb pul tələb edən şəxsi polis SAXLADI
Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
BAKU.WS xəbər verir ki, keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş, 1987-ci il təvəllüdlü Elman Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub.
Həmin şəxs inzibati qaydada həbs edilib.
***2026-06-23 saat 18:43
Sosial şəbəkələrdə yayılan dələduzluq videosu ilə bağlı polis hərəkətə keçib.
BAKU.WS xəbər verir ki, bu barədə polis araşdırmalara başlayıb.
***13:55
Sosial şəbəkələrdə yeni dələduzluq üsulunu əks etdirən görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, kadrlarda bir şəxsin qəsdən əlindəki telefonu hərəkətdə olan avtomobilə vurduğu, daha sonra isə cihazın sürücü tərəfindən sındırıldığını iddia edərək pul tələb etdiyi görünür.
Oxşar xəbərlər
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a Azərbayc...