Mərdəkan çimərliyində batan gənclərin FOTOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən çimərlikdə dörd nəfərin batması ilə nəticələnən faciə baş verib.
BAKU.WS xəbər verir ki, aparılan axtarış-xilasetmə tədbirləri zamanı 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitləri sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
2003-cü il təvəllüdlü Pərviz Məcidovun tapılması istiqamətində axtarış işləri isə davam etdirilir.
Məlumata görə, həyatını itirən Elnur və Elmar Əbdülov qardaş olublar. Onların müvafiq olaraq 21 və 19 yaşları var idi.
Həmin gənclərin fotosunu təqdim edirik:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...