"Üzməyi bacarmırdı, uşaqlıqdan sudan qorxardı" - Rəşad Cəfərov faciəli şəkildə həyatını itirdi
Kürdəmirin Şüşün kənd sakini, 43 yaşlı Rəşad Cəfərov kənddən keçən su kanalına yıxılaraq həyatını itirib.
Hadisənin şahidi o anları Baku TV-yə belə təsvir edib:
"Telefonun işığını yandırıb ətrafa baxırdım ki, heyvan olub-olmadığını yoxlayım. Birdən suyun kənarında ayaqqabı gördüm. Səsləndim ki, "Rəşad, buradasanmı?" Uşaqlar uzaqdan qışqırdılar ki, xeyr, orada deyil. Onu sudan çıxardıq, süni nəfəs verəndə gördük ki, artıq heç bir həyat əlaməti yoxdur".
Mərhumun qardaşı Rəşad Cəfərovun uşaqlıqdan sudan qorxduğunu və üzməyi bacarmadığını bildirib:
"Hadisənin dəqiq necə baş verdiyini biz də bilmirik. Üzməyi bacarmırdı, uşaqlıqdan sudan qorxardı. Çox güman ki, yorğun olub və müvazinətini itirərək kanala yıxılıb. Hadisə baş verən vaxt tək imiş, işdən evə qayıdırmış. İki oğlu var: böyük oğlu hazırda hərbi xidmətdədir, kiçik oğlu isə doqquzuncu sinfi bitirib. O, fəhləlik edərək ailəsini dolandırırdı".
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
İsveçrə görüşü təhdidlər və şübhələr fonunda keçib
ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində keçirilən yüksəksəviyyəli danışıqlar yeni mərhələyə qədəm qoyub. BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-...