Burak Özçivitin özündən cəmi 8 yaş böyük "anası" müzakirələrə səbəb oldu

Burak Özçivitin özündən cəmi 8 yaş böyük anası müzakirələrə səbəb oldu
Foto
Şou-biznes 67

Yeni mövsümün ən iddialı ekran işlərindən biri olan "Güneşin Doğduğu Yer" serialı hələ yayımlanmazdan əvvəl qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, buna səbəb ekran işinin aktyor heyətinin müzakirələrə səbəb olmasıdır.

Çəkilişlərin başlamasına cəmi 5 gün qalmış Uğur Güneşin rolunu Burak Özçivitə qapdırması ilə başlayan qalmaqal, indi də fərqli bir müstəviyə keçib.

Burak Özçivitin özündən cəmi 8 yaş böyük

Serialda "Kenan Kozan" obrazını canlandıracaq Özçivit ilə onun anası rolunu oynayacaq aktrisa arasındakı yaş fərqi izləyicilərin kəskin etirazına səbəb olub.

41 yaşlı Burak Özçivit serialda universitetdən yeni məzun olmuş gənc bir oğlanı canlandıracaq. Aktyorun özündən xeyli gənc bir obraza həyat verəcək olması onsuz da müzakirə mövzusu ikən, onun anası roluna Sibel Taşçıoğlunun seçilməsi mübahisələri daha da alovlandırıb.

Burak Özçivitin özündən cəmi 8 yaş böyük

Serialda ana obrazını canlandıracaq Sibel Taşçıoğlunun 49, oğlu rolundakı Burak Özçivitin isə 41 yaşı var.

Real həyatda aralarında cəmi 8 yaş fərq olan aktyorların ekranda ana-oğul kimi təqdim edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən uğursuz kastinq adlandırılıb.

Onların ünvanına "Aralarında cəmi 8 yaş var, hansı məntiqlə ana-oğul oynayırlar?", "Televiziya dünyası real hissləri tamamilə itirib" kimi şərhlər yazılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər