Vəkil Fərhad Mehdiyevin qızının həyatını itirdiyi qəzanın görüntüləri yayıldı

Vəkil Fərhad Mehdiyevin qızının həyatını itirdiyi qəzanın görüntüləri yayıldı
Video
Hadisə 490

Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızının həyatını itirdiyi qəzanın görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, hadisə Riyad Ticarət Mərkəzinin qarşısında baş verib.

Gənc qızın idarə etdiyi motosiklet "Mercedes-Benz" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan motosikletçinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, vəkil Fərhad Mehdiyev qızının avtomobil qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı paylaşım edib.

O, paylaşımında övlad itkisinin gətirdiyi kədəri ifadə edib. Vəkil qeyd edib ki, qızı Zəhra artıq bu dünyada yoxdur.

"Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı. Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsa belə, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq. Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır"- deyə o bildirib.

"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər