SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

BAKU.WS federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti Mital Sudhir tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Qeyd edək ki, daha öncə Azərbaycan Kuba, həmçinin Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.

BAKU.WS