Avropa çempionatı: Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov bürünc medal qazanıb

Avropa çempionatı: Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov bürünc medal qazanıb
İdman 56

Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.

“Report”un məlumatına görə, əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan yığmanın şahmatçıları ilk dörd yeri tutaraq, pley-off mərhələsinə adlayıblar.

Reqlamentə əsasən, dairəvi sistemlə keçirilən yarışın pley-offunda niderlandlı Benjamin Boka məğlub olan Məmmədyarov 3-cü yer uğrunda dueldə Yan-Kşiştof Dudadan güclü olub.

Günay Məmmədzadə isə pley-offda niderlandlı Eline Rubersi üstələsə də, finalda Ermənistan təmsilçisi Elina Danielyana məğlub olaraq, ikinci yeri tutub.

I turAzərbaycan – Niderland - 0,5:1,5Şəhriyar Məmmədyarov - Benjamin Bok - 0,5:0,5Günay Məmmədzadə - Eline Rubers - 0:1

II turİsrail - Azərbaycan - 1:1Maksim Rodşteyn – Şəhriyar Məmmədyarov - 0:1Marsel Efroimski – Günay Məmmədzadə - 1:0

III turAzərbaycan - Polşa - 1,5:0,5Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda - 0,5:0,5Günay Məmmədzadə – Oliviya Kiolbasa - 1:0

IV turRumıniya - Azərbaycan - 0,5:1,5Kirill Şevçenko – Şəhriyar Məmmədyarov - 0:1İrina Bulmaqa - Günay Məmmədzadə - 0,5:0,5

V turAzərbaycan - Ukrayna - 2:0Şəhriyar Məmmədyarov – Andrey Volokitin - 1:0Günay Məmmədzadə – Yevgeniya Doluxanova - 1:0

VI turAzərbaycan - İspaniya - 2:0Şəhriyar Məmmədyarov – Xayme Santos Latasa - 1:0Günay Məmmədzadə – Ann Matnadze Bujiaşvili - 1:0

VII turErmənistan - Azərbaycan – 1:1Şant Sarkisyan - Şəhriyar Məmmədyarov - 0,5:0,5Elina Danielyan - Günay Məmmədzadə - 0,5:0,5

Pley-off mərhələsi, ilk görüşAzərbaycan – Niderland – 0:2Şəhriyar Məmmədyarov - Benjamin Bok - 0:1Eline Rubers - Günay Məmmədzadə - 1:0Pley-off mərhələsi, cavab görüşüNiderland - Azərbaycan – 1:1Benjamin Bok - Şəhriyar Məmmədyarov - 1:0Günay Məmmədzadə - Eline Rubers - 1:0ArmagedonGünay Məmmədzadə - Eline Rubers - 1:0

Kişilərdə 3-cü yer uğrunda ilk görüşYan-Kşiştof Duda - Şəhriyar Məmmədyarov - 0:13-cü yer uğrunda cavab görüşüŞəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda – 1:0

Qadınlarda final, ilk görüşElina Danielyan - Günay Məmmədzadə - 1:0Final, cavab görüşüGünay Məmmədzadə - Elina Danielyan – 0:1

Son xəbərlər