SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Günün sonuncu matçında çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olub.

Oyun ev sahibi komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.

"Sumqayıt"ın qələbəsi sayəsində Avrokuboklara vəsiqə uğrunda mübarizə bir qədər də gərginləşib. Xalların sayını 50-yə çatdıran Samir Abbasovun yetirmələri 2-ci sıradadır. Eyni xala malik "Neftçi" isə üçüncüdür.

BAKU.WS