SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xavi Hernandez komandanı çalışdırmağa davam edəcək.

BAKU.WS “Marca"ya istinadən xəbər verir ki, bunu klubun vitse-prezidenti Rafa Yuste bildirib.

“Xavi bu layihəni çox bəyənir. O, əsl Barça azarkeşi olduğu üçün həvəslə işləməyə davam edir. Bizi sevir. Heç bir titul qazanmamışıq, amma əminəm ki, biz oyanmışıq”, - Yuste bildirib.

Yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında "Barselona" doğma meydanda "Vilyarreal"a uduzub (3:5). Oyundan sonra Xavi mövsümün sonunda "blaugrana"nın baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Mütəxəssis ayrılmaq qərarını klubun kursu dəyişməli olması ilə izah edib.

La Liqanın 32 turundan sonra 70 xalla "Barselona" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

BAKU.WS