Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edən "Zirə" həlledici matça vəsiqə əldə edib.
Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 58-ci dəqiqədə Vladislav Kulaç, 84-cü dəqiqədə isə Rafael Utziq meydan sahiblərinin qapısına yol tapıblar.
Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki matçın nəticəsinə (4:1) əsasən adını finala yazdırıb.
Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək. Görüş bu gün, saat 20:00-da başlayacaq.
İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib – YENİLƏNİB-13/VİDEO
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubun...