Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23
apr
2024
21:59
Bu gün bayram ab-havasında oyun izlədik.
"Report"un məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının final oyunu çərçivəsində keçirilən "Azərreyl"-"Abşeron" (3:1) matçının ardından baş tutan bağlanış mərasimində danışan komitə rəsmisi qalib komandanı təbrik edib: "Dünən kişilər arasında görüş olduqca gərgin idman şəraitində keçdi.
Bu gün isə "Azərreyl" - "Abşeron" matçı haqda eyni sözləri demək olar. Belə qarşılaşmalar Azərbaycanda voleybolun inkişafını göstərir".
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...