SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Siti"nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne Səudiyyə klublarının diqqətini cəlb edib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, yarımmüdafiəçi bütövlükdə daxili çempionatı gücləndirmək üçün prioritet namizəd hesab olunur.

Mənbənin sözlərinə görə, Kevin Səudiyyə Ərəbistanı klublarından hələlik heç bir təklif almayıb, lakin bu, Avro 2024-dən sonra baş verə bilər.

Bildirilir ki, De Bruyne Səudiyyə Ərəbistanı Pro Liqasında özünü sınamağa qarşı deyil.

Belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində belçikalı klubla birgə UEFA Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb.

Bu mövsüm De Bruyne bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun ingilis klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

"Transfermarkt" portalına görə, futbolçunun təxmini dəyəri 60 milyon avrodur.

BAKU.WS