SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın fiziki hazırlıq üzrə məqşçisi Çudomir Çokarov Almaniyaya yollanıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, onlar "Araz-Naxçıvan"la matçdan dərhal sonra Almaniyaya üz tutub.

Qurbanovla Çokarov 3 gün "Bayer"in (Leverkuzen) məşqində iştirak edəcəklər.

Ağdam klubunun baş məşqçisi Xabi Alonso ilə fikir mübadiləsi aparacaq, məşq prosesində tətbiq etdiyi yeniliklərlə tanış olacaq.

Onların gələcəkdə yenidən görüşləri nəzərdə tutulub.

BAKU.WS