SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Yunayted"in futbolçuları komandanın baş məşqçisi Erik Ten Haqın üslubundan narazıdırlar.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The Athletic" nəşri yazır.

Məlumata görə, o, "Mançester Yunayted"dəki bəzi sələflərinə nisbətən taktiki quruluşa daha çox diqqət yetirir – belə seanslar adətən 20-30 dəqiqədən bir saata qədər davam edir.

Lakin komandanın bəzi yaşlı futbolçuları mütəxəssisin bu iş prinsipini təkrarlatmağından yorulur.

Klubda bunun məşqlərin effektivliyini aşağı salması ilə bağlı narahatlıqlar var.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının cari mövsümünün turnir cədvəlində yeddinci yerdədir. Erik ten Haqın komandası 21 görüşdən sonra 32 xal toplayıb.

BAKU.WS